CHP-dən istefa verib - Yeni partiya yaratdı
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sabiq rəhbəri Özgür Özel partiyadan istefa verib.
Hurriyyet.info “TRT Haber”ə istinadən xəbər verir ki, onunla birgə daha 90 deputat CHP-dən ayrılıb.
Bununla yanaşı, Özel Yeni Partiyanın Təsisçilər Şurasına qatılıb və partiyanın təsis sənədlərini imzalayıb. O, partiyanı tərk edərək yeni partiya yaratmaq planlarını bir neçə gün əvvəl elan etmişdir.
Xatırladaq ki, bu ilin mayında Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin isə vəzifəsi bərpa olunub. Bunun ardınca partiya daxilində tərəflər arasında siyasi qarşıdurma və mübahisə yaranıb.
