Cığatelin vəfat edən 9 yaşlı nəvəsinin FOTOSU
2023-08-07 19:47:00
Xəbər verdiyimiz kimi, ötən gün dəhşətli yol qəzasında məşhur şairə Cığatelin nəvəsi faciəvi şəkildə vəfat edib.
Həlak olan 9 yaşlı Süleyman Qasımovun sosial şəbəkələrdə fotosu yayılıb.
Həmin fotonu təqdim edirik.
Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri 1987-ci il təvəllüdlü Ayaz Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun 9 yaşlı oğlu Süleyman Qasımov isə həyatını itirib.
Qəzada ağır yaralanan Ayaz Qasımov şairə Cığatelin oğludur.\\Bakupost.az