📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cin susuzluğa etiraz etdi

2026-07-13 21:32:18

Cin susuzluğa etiraz etdi

Müğənni Ceyhun Zeynalov (Cin) Hövsan qəsəbəsində yaşanan su problemi ilə bağlı narazılığını ictimai şəkildə ifadə edib.

Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı videoda Hövsan bağlarında artıq iki həftədir suyun verilmədiyini bildirib. O, suyun kəsilməsi səbəbindən ikinci dəfə su maşını sifariş edib çənini doldurduğunu deyərək aidiyyəti qurumdan problemin həllini istəyib.

“Artıq ikinci həftədir ki, Hövsan bağlarında su yoxdur. Mən pul verirəm, su niyə yoxdur?” – deyə Ceyhun Zeynalov bildirib.

Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox sakin də eyni problemlə üzləşdiklərini qeyd edərək məsələ ilə bağlı operativ tədbir görülməsini istəyiblər.