📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çində Şaolin monastırının baş keşişi 24 il həbs cəzasına məhkum edilib

2026-05-29 22:31:33

Çində Şaolin monastırının baş keşişi 24 il həbs cəzasına məhkum edilib

Çində Şaolin monastırının keçmiş baş keşişi Şi Yunsin 24 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Çinin dövlət mediasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, ona qarşı mənimsəmə və rüşvətxorluq ittihamları irəli sürülüb.

Məlumata görə, Çinin mərkəzi Henan əyalətindəki məhkəmə hökmü elan edərək bildirib ki, Şi vəzifəsindən sui-istifadə edərək vəsaitləri mənimsəyib, qanunsuz xərcləmələr edib, həmçinin təxminən otuz il ərzində ümumilikdə 300 milyon yuan (44,33 milyon dollar) məbləğində rüşvət alıb və verib.