📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Cüdoçumuz gümüş medal qazandı

2026-07-05 17:17:52

Cüdoçumuz gümüş medal qazandı

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk yarış günündə Azərbaycan millisi bir medal qazanıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yığmanın üzvü Əbil Yusubov (73 kq) finala gedən keçirdiyi beş görüşün hamısında qələbə qazanıb.

Final qarşılaşmasında italiyalı Luço Tavolettaya uduzan Azərbaycan cüdoçusu yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə Azərbaycan millisinin daha 15 üzvü tatamiyə çıxacaq.