Daha bir azərbaycanlı müharibədə öldü – Nəşi vətənə gətirildi - FOTO
2026-07-15 13:19:06
Rusiya–Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Hurriyyet.info Musavat.com -a istinadən xəbər verir ki, müharibədə həyatını itirən şəxs 22 yaşlı Rəşad Rizvan oğlu Məhəmmədəliyevdir.
Məlumata görə, onun nəşi Azərbaycana gətirilib.
Bildirilir ki, Rəşad Məhəmmədəliyevin ailəsinin kökü Qərbi Azərbaycana bağlıdır. Onun nənəsi Qərbi Azərbaycanın Çəmbərək rayonunun Yanıqpəyə kəndindən, babası isə Karvansaray rayonunun Salah kəndindəndir.
Rəşad Məhəmmədəliyevin hansı şəraitdə həlak olması ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.