Damarların təhlükədə olmasını göstərən 3 simptom
Lakin bu zaman orqanizmdə çox təhlükəli proses gedir – xolesterin damarlarda yığılır, damarları daraldır, onları zəif edir ki, nəticədə damarların partlaması, tam bağlanması riski artır. Bu səbəbdən mütəxəssislər böyüklərə ildə ən azı 1 dəfə profilaktik məqsədlə xolesterinin səviyyəsini təyin etməyi tövsiyə edirlər.
Yüksək xolesterindən şübhələnməyə səbəb olan bəzi əlamətlər var. Onlar cüzi olsa da pozulmanı vaxtında aşkar etməyə kömək edə bilər.
Hurriyyet.Az-ın məlumatına görə bu əlamətlər aşağıdakılardır:
– dəridə lipomaların (piy şişi) əmələ gəlməsi

– gözlərin rəngli hissəsinin ətrafında açıq boz halqaların əmələ gəlməsi

– ksantelazmalar – göz qapaqlarında və gözlərin uclarında kiçik piy şişləri.

Sizdə bu əlamətlər varsa, vaxt itirmədən həkimə müraciət edin, lazım olan müayinə və analizlərdən keçin.\\Yenilik.az