📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dayanacaqda lüt qaçan kişi saxlanıldı

2026-07-14 20:53:13

Dayanacaqda lüt qaçan kişi saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində polis avtomobil dayanacağında çılpaq halda qaçan və təcili yardım maşınına minməyə cəhd edən kişini saxlayıb.

Hadisə şəhərin Krasnoqvardeyski rayonunun Energetikov prospektində baş verib.

Tamamilə çılpaq olan kişi park edilmiş avtomobillərin arasında qaçaraq rəqs edib və maşınların üstünə yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəldikdə, o, sürücü qapısını açmağa cəhd göstərib.

İlkin ehtimala görə, həmin şəxs narkotik maddənin təsiri altında olub./News24.az