Dəmir yolu üzrə gediş haqları artırılır?
2023-01-31 19:11:00
Hazırda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Report-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
"Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Fərmanına əsasən, dəmir yolu daşımalarında tariflər və yığımlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilir", - açıqlamada deyilir.