Deniz Göktaş saxlanıldı
Türkiyəli komediyaçı Deniz Göktaş stand-up çıxışında “Qurani-Kərim” və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlərə görə saxlanılıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, xaricdən Türkiyəyə qayıdan Göktaş İstanbul Hava Limanında pasport nəzarəti zamanı saxlanılıb.
Məlumata görə, İstanbul Baş Prokurorluğu komediyaçının sosial media hesablarında paylaşdığı videoda cinayət tərkibi müəyyən edib.
“Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!
Qeyd edək ki, bir neçə gün öncə Deniz Göktaşın müqəddəs kitabları müqayisə edərək vəhy prosesi haqqında dediyi sözlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Dini dəyərləri açıq şəkildə təhqir etdiyinə görə onun barəsində istintaq araşdırması başlanılmış, bu səbəbdən komediyaçının ölkədən qaçması ilə bağlı iddialar da yayılmışdı. D.Göktaş isə X hesabında tətilə getdiyini açıqlamışdı.