📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dəridə xırda qırmızı xətlər qaraciyərin xəstəliyini göstərir

2023-01-24 22:28:00

Dəridə xırda qırmızı xətlər qaraciyərin xəstəliyini göstərir

Beldən yuxarı hissədə, qollarda, kürəkdə qırmızı xətlər, cızıqlar qaraciyərdə problem olduğunu göstərir və yubatmadan həkimə getmək lazımdır.

Qaraciyərin alkoqolsuz piylənməsi erkən mərhələdə bədəndə bəzi simptomları göstərə bilər.
Hepatoloq Alla Yujnova qaraciyər piylənməsinin sirroza kimi gələ biləcəyini açıqlayıb.

"Erkən mərhələdə sirroz heç bir simptom vermir. Proqressivləşmə olduqca, bədəndə bəzi dəyişikliklər görünür. Məsələn, çox incə, xırda sanki kapilyar damarları xatırladan qırmızı xətlər əmələ gəlir. Bu daha çox beldən yuxarı hissədə olur.

Sirrozun digər simptomları daha açıqdır:

- Yorğunluq, arıqlama
- İştahın itməsi
- Çəkidə azalma, əzələlərin əriməsi
- Ürəkbulanma qusma
- Qaraciyər nahiyəsində ağrı
- Dərinin saralması, qaşınması
- Gözlərin saralması

- Ayaqların şişməsi
- Ayaqlarda göyərmələ, burun, damaqdan qanaçılma
- Saçların tökülməsi
Qaraciyər sirrozu ciddi müayinə tələb edir.\\Medicina