📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dərslər sentyabrın 1-i başlayacaq? RƏSMİ

2023-08-08 22:01:00

Dərslər sentyabrın 1-i başlayacaq? RƏSMİ

Azərbaycanda bu il dərslərin sentyabrın 1-i başlaması ilə bağlı fikirlər səsləndirilir. Hətta iddia edilir ki, bəzi məktəb direktorları bununla bağlı müəllimlərə məlumat verib.
Bəs, sosial şəbəkələrdə yayılan bu məlumatlar nə dərəcədə doğrudur?
Azxeber.com mövzu ilə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama verib. Qurum rəsmisi bu məlumatın doğru olmadığını deyib:
"Tamamilə yanlış məlumatdır. Bu il dərslər 15 sentyabr tarixində başlayacaq”.