📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dietoloq beyin sağlamlığına zərərli qidaları AÇIQLADI

2023-12-08 20:44:24

Dietoloq beyin sağlamlığına zərərli qidaları AÇIQLADI

Marqarin istehlakı beyin sağlamlığına mənfi təsir göstərir. 

Bu barədə dietoloq Elena Tixomirova bildirib.

Tixomirova marqarini yüksək miqdarda emal edilmiş bitki yağı adlandırıb.

"Belə yağlar orqanizm tərəfindən emal olunmur, lakin hüceyrələrdə, o cümlədən beyində yığılır. Bu, beyin hüceyrələrinin vaxtından əvvəl məhv olmasına və əqli qabiliyyətlərin azalmasına gətirib çıxarır", - dietoloq qeyd edib.

Onun sözlərinə görə, beyin sağlamlığını qorumaq üçün fast food istehlakını məhdudlaşdırmaq daha yaxşıdır, çünki hamburgerlər və qızardılmış kartoflarda çoxlu karbohidratlar, yağlar və duz var ki, bu da piylənməyə səbəb olur, bu da beyin fəaliyyətini azaldır. 

Bundan əlavə, həkim xatırladıb ki, beyinə ən güclü mənfi təsir spirtli içkilərin həddindən artıq istehlakından qaynaqlanır.  \\Redaktor.Az