📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DİN-dən görüntüləri yayılan uşaqlarla bağlı - Açıqlama+Video

2023-07-29 15:44:00

DİN-dən görüntüləri yayılan uşaqlarla bağlı - Açıqlama+Video

Sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb. 

DİN-in mətbuat xidmətindən Hurriyyet.az-a bildirilib ki, həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb. 

“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızdan tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq” - DİN-in açıqlamasında qeyd olunur.