📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Diplomatik səylər dalana dirənib” - Fidan Ukrayna barədə

2026-07-16 13:55:40

“Diplomatik səylər dalana dirənib” - Fidan Ukrayna barədə

Türkiyə Ukraynadakı münaqişənin həlli üçün fəal diplomatiyanı davam etdirəcək, o cümlədən Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinin təşkili təşəbbüsü ilə çıxış edəcək.

Hurriyyet.info xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında deyib.

"Təəssüf ki, son hadisələr narahatlıq doğurur. Diplomatik səylərin dalana dirəndiyi bir vaxtda, münaqişənin intensivləşməsinin şahidi oluruq. Xüsusilə mülki infrastruktura və yaşayış məntəqələrinə edilən hücumların artması bizi narahat edir. Danışıqlar masasına tez bir zamanda qayıtmağın və diplomatik həllərə qətiyyətlə sadiqliyin vacib olduğuna inanırıq. Tərəflər arasında danışıqların bərpası da daxil olmaqla, birbaşa diplomatik səylərimizi gücləndirməyə davam edəcəyik", - deyə, o bildirib.