Dolların gələcəyi ilə bağlı kritik xəbərdarlıq: Ağ Ev qorxmağa başladı
ABŞ administrasiyası hesab edir ki, sanksiyalardan həddindən artıq istifadə gələcəkdə dolların dünya maliyyə sistemindəki aparıcı mövqeyinə mənfi təsir göstərə bilər.
Musavat.com xəbər verir ki, bu barədə The New York Times yazıb.
Nəşrin məlumatına görə, genişmiqyaslı sanksiyalar bir çox ölkəni ABŞ məhdudiyyətlərindən yan keçmək və iqtisadi itkilərini azaltmaq üçün alternativ valyutalara üz tutmağa sövq edir. Bu isə uzunmüddətli perspektivdə dolların beynəlxalq maliyyə sistemindəki dominant mövqeyinə təsir göstərə bilər.
Məqalədə həmçinin qeyd olunur ki, sanksiyaların artması ABŞ banklarının üzərinə əlavə yük yaradır. Maliyyə qurumları sanksiya siyahısında olan fiziki və hüquqi şəxslərlə bağlı ödənişlərin həyata keçirilməməsinə ciddi nəzarət etməyə məcbur qalırlar.