Dövlət Duması qanunu QƏBUL ETDİ: Bu şəxslər ölkəyə BURAXILMAYACAQ!
Rusiya Dövlət Duması məhkumluğu olan miqrantların ölkədə yaşamasına qadağa qoyulmasını nəzərdə tutan qanun qəbul edib.
Hurriyyet.info xəbər verir ki, mövcud normalara əsasən, əvvəllər əcnəbilərə yalnız qəsdən törədilmiş cinayətlərə görə məhkumluq olduqda vətəndaşlığın verilməsindən imtina edilirdi.
Müvəqqəti yaşayış icazəsi (RVP) və yaşayış icazəsi (VNJS) isə yalnız ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə verilmirdi.Yeni qanunla bu şərtlər daha da sərtləşdirilir.
Yeni qaydalara əsasən, miqrantlar məhkumluğun olmamasını təsdiqləyən və ya müraciət edənlərin törətdikləri cinayətlər barədə məlumatları əks etdirən kağız daşıyıcıda rəsmi sənəd təqdim etməli olacaqlar.
Sənəd təqdim edilmədiyi və ya məhkumluq faktı aşkarlandığı təqdirdə, miqrantların Rusiyaya daxil olmasına, ölkədə yaşamasına və vətəndaşlıq almasına icazə verilməyəcək.