📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Dövlət layihəsidir" sözünü əllərində bayraq edirlər" - İlkindən etiraz

2026-07-09 12:44:20

Aparıcı İlkin Həsəni dövlət layihələrinin və tenderlərin büdcəsini mənimsəyib, influenserlərdən pulsuz dəstək istəyən bəzi reklam agentliklərini kəskin tənqid edib.

Hurriyyet.info  xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək bunları deyib:

"Son zamanlar bu, artıq bir tendensiya halını alıb. Çox gözəl münasibətlərimiz olan bəzi reklam agentlikləri var ki, dövlət sifarişini alırlar, tenderdə qalib gəlirlər. Bu, hansısa komitə, agentlik və ya qurum ola bilər. Sosial yönümlü hansısa bir layihə üçün başlayırlar bəzi influenserlərə, blogerlərə, tanınmış şəxslərə müraciət etməyə. 'Bunu dövlət edir, bu, dövlət sifarişidir, dövlət layihəsidir' deyib, bunu əllərində bayraq edirlər və tanınmış insanlardan onlar üçün ödənişsiz dəstək gözləyirlər. Tenderdə iştirak edirsiniz, lap yaxşı, qalib olursunuz, ondan da yaxşı. Amma nəzərə alın ki, bu işlər belə görülmür. Artıq zamanə dəyişib. Sağ olun".