📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir

2023-11-17 11:44:01

Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir

Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir.

Hurriyyet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsində müzakirəyə çıxarılan “Dövlət sirri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsini dəqiqləşdirir və buraya hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin, bu işi təşkil edən müəssisələri və onların maliyyə hesabatları da aid edilir. (APA)