Dövlət Xidməti “Qismət Firması”- nı məhkəməyə verdi
2023-07-21 21:11:00
“Qismət Firması” MMC məhkəməyə verilib.
Hurriyyet.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Kommersiya Məhkəməsi “Qismət Firması” MMC-yə qarşı iddia qaldırıb.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - icarə müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Kommersiya mübahisəsi hakim Aytən Əliyeva sədrliyilə araşdırılacaq.
Qeyd edək ki, "Qismət Firması" ilə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 99 və 111 saylı binaların sakinləri arasında mübahisə olub. Sözügedən ünvanlarda yaşıllıq ərazidə şirkət çoxmərtəbəli bina tikməyə çalışır. Sakinlər isə buna qarşı çıxıblar.