📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

DTX-də Anım Günü ilə bağlı tədbir keçirildi - FOTO

2023-09-27 21:36:16

DTX-də Anım Günü ilə bağlı tədbir keçirildi - FOTO

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib.

Hurriyyet.Az xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə bağlı Bakı Bələdiyyə Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa səhnələşdirilib.

DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı soyqırım və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük marağına səbəb olub.