📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

2026-07-21 21:04:45

Dünya çempionu olan qapıçı

Minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov "Zirə”yə keçib.

Bu barədə Qaynarinfo-ya təcrübəli qapıçı özü məlumat verib.

O, "qartallar”la 1 illik müqavilə imzaladığını bildirib.

Vəli Qafarov son olaraq "Birbaşa”da çıxış edib. O, Azərbaycan yığması ilə dünya və Avropa çempionu olub.