📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Düzgün cavablar gözləyirik” - Tramp Tehranı həm hədələdi, həm də təriflədi

2026-05-21 10:22:01

“Düzgün cavablar gözləyirik” - Tramp Tehranı həm hədələdi, həm də təriflədi

İranın 14 maddəlik təklifindən sonra ABŞ Pakistan vasitəsilə Tehrana mümkün müqavilənin yeni mətnini göndərib. “AzPolitika” xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi danışıqlar prosesinə yaxın mənbəyə istinadla məlumat verib.

Mənbənin sözlərinə görə, İran hazırda sənədi nəzərdən keçirir və hələlik ona cavab verməyib.

Bu arada, ABŞ Prezidenti Donald Tramp deyib ki, əgər Amerika tərəfi "İrandan düzgün cavablar almasa, hər şey çox tez baş verəcək”.

Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında deyib: "Biz hərəkətə keçməyə tam hazırıq. Düzgün cavablar almalıyıq. Onlar mütləq, 100% yaxşı cavablar olmalıdır və əgər onları alsaq, çoxlu vaxt, enerji və həyatları qoruyacağıq”.

O, İranı hədələməklə yanaşı, Tehranı təmsil edən danışıqçıları da tərifləyib: "Biz əslində çox yaxşı insanlarla işləyirik. Biz istedadlı və ağıllı insanlarla işləyirik".

Qeyd edək ki, bundan öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqei İran və ABŞ-nin Tehranın təklifinə əsaslanan razılaşma ilə bağlı fikir mübadiləsi apardığını bəyan edib.

Onun sözlərinə görə, fikir mübadiləsi "İranın 14 maddəlik təklifinin mətni əsasında" aparılır.

“Tasnim” agentliyinin məlumatına görə, 14 maddəlik mətndə hərbi əməliyyatların dayandırılması və qarşılıqlı etimadın artırılması tədbirləri xüsusi vurğulanır.