EFENDI yenidən Qazaxıstanda Azərbaycanı təmsil etdi
Azərbaycanı beynəlxalq musiqi səhnəsində uğurla təmsil edən EFENDI növbəti dəfə Qazaxıstanda keçirilən mötəbər tədbirdə çıxış edib.
Hurriyyet.info xəbər verir ki, sənətçi 11 iyul tarixində Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonunda təşkil olunan Altay Fest 2026 beynəlxalq festivalının əsas qala-konsert proqramında səhnəyə çıxıb.
Türk dünyasının ortaq mədəni irsini, musiqisini və incəsənətini bir araya gətirən festivalda EFENDI Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Macarıstan, Monqolustan və digər ölkələrdən olan ifaçılarla eyni səhnəni bölüşüb.
Qeyd edək ki, Altay Fest hər il müxtəlif ölkələrdən sənətçiləri və mədəniyyət nümayəndələrini bir araya gətirən, musiqi, milli ənənələr və incəsənət vasitəsilə Altay xalqlarının zəngin mədəni irsini tanıdan nüfuzlu beynəlxalq festivaldır.