📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əfv edilən MTN polkovnikləri azadlıqda - FOTO

2023-05-08 17:34:00

Əfv edilən MTN polkovnikləri azadlıqda - FOTO

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisində də icra edilib. 

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, sərəncam müəssisədə cəza çəkən 8 nəfərə şamil edilib. Onlardan 4 məhkum azadlığa buraxılıb, 4 nəfərin isə cəzası azaldılıb.

Azadlığa buraxılanlar içərisində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovnikləri də var.