📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Əgər xalq "Nikol, get" desə..." - Paşinyan bu halda istefa verəcəyini açıqladı

2026-05-23 22:11:26

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyətinin tələbi ilə vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, Paşinyanın şənbə günü seçki kampaniyası zamanı çıxışında bir kişi ona yaxınlaşaraq Baş nazir vəzifəsindən istefa verməsini qışqırb.

"Əgər 700.000 nəfər - bu, seçicilərin 50 faizindən çoxu - "Nikol, qal" desə, Nikol qalacaq. Əgər xalq "Nikol, get" desə, Nikol kimdir ki, getməsin? Nikol xalqın xidmətçisidir", - deyə o bildirib.