📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əhalinin sayı açıqlandı

2023-12-15 17:25:16

Əhalinin sayı açıqlandı

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10172823 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.