📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əhaliyə ŞAD XƏBƏR: Bu ailələrə yardım edildi

2026-05-18 15:35:48

Əhaliyə ŞAD XƏBƏR: Bu ailələrə yardım edildi

2026-cı ilin yanvar-aprel aylarında 28 830 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət ödənilib.

Bu barədə Hurriyyet.info-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, müavinətlər proaktiv qaydada təyin olunaraq vətəndaşların hesablarına köçürülüb.

Məlumata görə, ödənişlər 13 372 qız və 15 830 oğlan uşağına görə həyata keçirilib.