Əkiz qüllələrin qisası: 11 sentyabr terrorundan 25 il sonra Nyu-Yorkda milyardlıq tikinti başladı
Nyu-Yorkda ABŞ tarixinin ən qanlı terror aktı olan 11 sentyabr faciəsindən təxminən rəbb əsr keçdikdən sonra dağıdılmış Ümumdünya Ticarət Mərkəzinin yerində yeni nəhəng göydələnin inşasına start verilib.
Hurriyyet.info xəbər verir ki, Manhettonun mərkəzində ucaldılacaq və "2 World Trade Center" adlanacaq bu möhtəşəm bina tam 55 mərtəbədən ibarət olacaq. Hündürlüyü 374 metrə çatacaq bu super-göydələn dünyanın ən böyük maliyyə nəhənglərindən biri olan "American Express" şirkətinin yeni rəsmi baş qərargahına çevriləcək.
Nyu-York şəhər rəhbərliyinin açıqladığı rəsmi plana əsasən, bu nəhəng memarlıq layihəsinin tikinti işlərinin 2031-ci ilə qədər tamamilə başa çatdırılması nəzərdə tutulub. Ştat rəsmilərinin ilkin iqtisadi qiymətləndirmələrinə görə, bu meqa-konstruksiyanın inşası şəhərdə azı 3200 yeni iş yerinin açılmasına təkan verəcək. Eyni zamanda layihənin uğurla tamamlanması Nyu-York iqtisadiyyatına ümumilikdə təxminən 6 milyard ABŞ dolları həcmində nəhəng gəlir qazandıracaq.