📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əksər yerlərə yağış yağır, külək əsir - FAKTİKİ HAVA

2026-07-08 12:09:43

Əksər yerlərə yağış yağır, külək əsir - FAKTİKİ HAVA

İyulun 8-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.info -ya  verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.

Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub.

Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19 m/s-yə çatır.