📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elcan Rəsulov başqa xəstəxanaya köçürüldü

2023-08-04 12:20:00

Elcan Rəsulov başqa xəstəxanaya köçürüldü

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən və əməliyyat olunan aktyor Elcan Rəsulov hazırda başqa tibb müəssisəsinə köçürülüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Elcan Rəsulov İnstaqram səhifəsində məlumat yayıb.

"Qismətimdə 6 gün müalicə aldığım klinikanın həyətinə başqa xəstəxananın təcili tibbi yardım maşınını çağırmaq da varmış", - o bildirib.

Aktyor köçürülmə səbəbini açıqlamayıb.

Qeyd edək ki, aktyor bir müddət əvvəl ayağında ağrılar olduğunu, yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı