📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Əhmədovun oğlu baş həkim təyin edildi

2026-06-03 13:53:36

Əli Əhmədovun oğlu baş həkim təyin edildi

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.

Hurriyyet.info  Modern.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib.

Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər.

Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb.

Qeyd edək ki, F.Əhmədov bir neçə ay öncə Nizami Tibb Mərkəzinə baş həkim təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.