📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əli Əsədov qərar imzaladı

2023-08-29 16:11:04

Əli Əsədov qərar imzaladı

Azərbaycanda prokurorluq işçilərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları təsdiq edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edək ki, fərqlənmə nişanları prokurorluq işçilərinə hər geyim forması üçün 2 il müddətinə verilir.

Prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluqda qulluq keçmənin xüsusiyyətləri nəzərə alınmaqla, prokurorluq işçilərinə növbəti olaraq verilən xüsusi geyim formalarının əvəzinə Baş prokuror tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş qaydada pul kompensasiyası verilə bilər.

Qeyd edək ki, qərarla bu linkdən tanış ola bilərsiniz.