📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elnur Məmmədli yüksək vəzifəyə TƏYİN EDİLDİ

2023-07-31 19:58:00

Elnur Məmmədli yüksək vəzifəyə TƏYİN EDİLDİ

AFFA-ya yeni mətbuat katibi təyin olunub.

Milli assosiasiyadan Hurriyyet.Az-a verilən məlumata görə, bu vəzifədə Elnur Məmmədli çalışacaq.

Tanınmış telejurnalist bundan əvvəl “Futbol+”, "ANS", "AzTV" və “CBC Sport”da fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.

Qeyd edək ki, Elnur Məmmədli bu vəzifədə "Səbail"ə keçən Firuz Abdullanı əvəzləyib.