📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Elşən Orucov Ozan Akbaba ilə“Çırak”ın çəkiliş meydançasında- Foto

2026-07-10 22:26:59

Elşən Orucov Ozan Akbaba ilə“Çırak”ın çəkiliş meydançasında- Foto

Aktyor Elşən Orucov Türkiyədə çəkilən “Çırak” serialının ikinci mövsümünün çəkiliş meydançasından yeni fotolarını izləyiciləri ilə bölüşüb.

Hurriyyet.info xəbər verir ki, aktyor sosial şəbəkə hesabında paylaşdığı kadrlarda serialın baş rol ifaçılarından Ozan Akbaba ilə birlikdə obyektiv qarşısına keçib.

Elşən Orucov paylaşımında layihənin ikinci mövsümünün çəkilişlərinin davam etdiyini bildirib. Aktyor hazırda yeni bölümlər üçün İstanbulda çəkilişlərdə iştirak edir.

Qeyd edək ki, “Çırak” serialının baş rollarında Ozan Akbaba və Damla Sönməz çıxış edir. Elşən Orucovun ikinci mövsümdə də yer alması azərbaycanlı izləyicilər tərəfindən maraqla qarşılanıb.