📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar artist vəfat edən həyat yoldaşından danışdı

2023-04-15 19:23:00

Əməkdar artist vəfat edən həyat yoldaşından danışdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Bəsdi Sevdiyevanın həyat yoldaşı Oqtay Axundov Türkiyədə dünyasını dəyişib. 

Xanəndə "Elgizlə izlə" verilişinə telefonla bağlanaraq həyat yoldaşının xəstəliyindən danışıb.

"Moskvaya, Türkiyəyə apardıq. Qızım, oğlum hər şey etdik. Dedik, bəlkə sağala bilər. Amma çarəsiz oldu".

Qeyd edək ki, uzun müddətdir Türkiyədə müalicə alan mərhumun nəşi sabah Bakıya gətiriləcək. Oqtay Axundov filologiya elmlər doktoru Nazim Axundovun oğlu olub. 

 

Qaynarinfo.Az