📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əməkdar artistdən ETİRAZ: "Cahililk bizi məhv etdi, gülməli şeylərlə yaşayırıq"

2026-07-09 22:01:00

Əməkdar artistdən ETİRAZ:

"Bu cahililk bizi məhv etdi".

Bu sözləri "Xoş sabah" verilişinə qonaq olan Əməkdar artist Nuriyyə Hüseynova deyib.

Muğam ifaçısı hansı sahə olursa olsun, o sahədə təhsilli olmağa ehtiyac olduğunu bildirib.

"Təbliğat düzgün olmalıdır. Nəinki incəsənətdə, elə hər sahədə... Elm, təhsil, bilik, təhsil dünyanın, həyatın açarıdır. Təhsilsiz mümkün deyil. Hətta bir yerə parket vuran ustanın belə o sahəni bilməsi üçün onun təhsil lazımdır. Dünya bu qədər inkişaf edib. Süni intellekt yarandı, müasir ağıllı telefonlar, ağıllı maşınlar... Bunu kim yaradıb? İnsan ağlı yaradır. Oturub bu şeylərin ardınca getməkdənsə, xülyalarla, gülməli şeylərlə yaşayırıq"./BAKU.WS