📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ƏMƏLİYYAT: Narkotik satan keçmiş məhkum və narkokuryer saxlanıldı - VİDEO

2026-07-23 11:17:59

ƏMƏLİYYAT: Narkotik satan keçmiş məhkum və narkokuryer saxlanıldı - VİDEO

Tovuzda 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Hurriyyet.info xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yusif İsazadə saxlanılıb.

Onun əlindəki çantaya baxış zamanı 2 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Əskər Hüseynov da saxlanılıb. Ondan çəkisi 1 kiloqram olan marixuana və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.