📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Emin Ağalarovun şirkəti işçilər axtarır - MAAŞ 1500-1800-2000 MANAT

2023-04-15 19:35:00

Emin Ağalarovun şirkəti işçilər axtarır - MAAŞ 1500-1800-2000 MANAT

Nardaran İnvest

Mühasib

Son tarix 13 may 2023 - [email protected]

Əmək haqqı: 2000 AZN.

Vəzifə öhdəlikləri:

  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
  • Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək;
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanması;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə 3 illik təcrübə;
  • Komandada işləməyi bacarmalı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Rus dili biliyi.

Əlavə məlumat:

  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. 
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.

 

İnformasiya Texnologiyaları üzrə Şəbəkə Administratoru

 Son tarix 13 may 2023 [email protected]

Əmək haqqı: 1500-1800 AZN.

Vəzifə öhdəlikləri:

  • Şəbəkə protokolları barəsində nəzəri və praktiki biliklər;
  • Cisco switching, Mikrotik routing;
  • Firewallar-la iş təcrübəsi (PaloAlto);
  • VPN texnologiyaları ilə iş təcrübəsi (IPSec);
  • ACL, NAT, QOS, işləmə prinsipini bilməli və onları sazlamağı bacarmalı;
  • Cisco Catalyst, HPE, switch avadanlıqları ilə iş təcrübəsi;
  • STP, SNMP, Port Security, DHCP snooping barəsində nəzəri və praktiki biliklər;
  • PRTG, syslog və s. bu kimi monitoring və logging sistemlərindən istifadə təcrübəsi;
  • Ubiquiti Wireless PTP, PTMP linklərinin quraşdırılması və anten üzərindən internet ötürülməsi;
  • Wireless LAN Controller – simsiz şəbəkənin idarə edilməsi üzrə iş təcrübə (Aruba, Unifi). Unifi AP-lərin planlaşdırılması və konfiqurasiyası;
  • Mikrotik Wireless linklərinin quraşdırılması barədə ümümi biliklər;
  • GPON konfiqurasiyaları barədə ümumi anlayış;
  • GPON texnologiyası üzərindən fiberoptik xəttlərin lahiyələndirilməsi;
  • Mikrotik üzərindən PPPOE serverinin idarə edilməsi;
  • CUCM ilə işləmə bacarığı;

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi: 1-3 il;
  • Cisco (CCNA) üzrə sertifikatın olması üstünlük hesab olunur;
  • Məsuliyyətlilik, planlaşdırmaq və təşkil etmək;

Əlavə məlumat:

  • İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur. 
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.