📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Emin Mahmudovla bağlı qərar verildi

2026-05-21 14:51:51

Emin Mahmudovla bağlı qərar verildi

"Neftçi" klubu kapitanı Emin Mahmudovla bağlı qərar verib.

"Ağ-qaralar" təcrübəli futbolçunu heç yerə buraxmaq fikrində deyil.

Baş məşqçi Yuri Vernidubun da etimad göstərdiyi millimizin üzvü ilə yeni müqavilə bağlamaq üçün danışıqlar artıq başlayıb. Onunla müqavilənin yaxın günlərdə imzalanması gözlənilir.

Qeyd edək ki, hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq Emin Mahmudov 2017-ci ildən "Neftçi"də çıxış edir./Bizim.Media