Əraqçidən Vaşinqtona şok ittiham: "İran öhdəliyini yerinə yetirir, ABŞ isə yox"
İran ilə ABŞ arasında beynəlxalq öhdəliklərin icrası ilə bağlı diplomatik gərginlik yenidən pik həddə çatıb.
Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi özünün "X" sosial şəbəkə hesabında etdiyi kəskin paylaşımla rəsmi Vaşinqtonu imzalanmış müqavilələrin şərtlərini kobud şəkildə pozmaqda ittiham edib.
İndiyə qədər Tehranın bütün vədlərinə tam əməl etdiyini deyən nazir, ABŞ-ın maliyyə nazirini Qarşılıqlı Anlaşma Memorandumunun 9-cu bəndini tamamilə heçə saymaqda təqsirləndirib.
XİN rəhbəri bu addımın Ağ Evin son dövrlər atdığı digər qanunsuz addımların və səhv strateji qərarların məntiqi davamı olduğunu diqqətə çatdırıb.
Vaşinqtonu real vəziyyətlə hesablaşmağa çağıran Əraqçi vurğulayıb ki, beynəlxalq sazişlərə və öhdəliklərə riayət edilməsi birtərəfli ola bilməz, bu proses yalnız və yalnız qarşılıqlı xarakter daşımalıdır.