📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanın NATO liderlərinə hədiyyə etdiyi silahın İLK GÖRÜNTÜLƏRİ - FOTO

2026-07-09 15:46:28

Ərdoğanın NATO liderlərinə hədiyyə etdiyi silahın İLK GÖRÜNTÜLƏRİ - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak edən liderlərə hədiyyə etdiyi xüsusi istehsal revolverin ilk görüntüləri ictimaiyyətə təqdim olunub.

Hurriyyet.info  xəbər verir ki, liderlərin adları həkk olunmuş silah məxmər örtüklü taxta qutuda, patronlar və Türkiyə bayrağı əks olunan sənədlə birlikdə təqdim edilib.

Məlumata görə, Ərdoğan NATO Sammitində iştirak edən dövlət və hökumət başçılarına adlarına xüsusi həkk olunmuş revolver və bir qutu döyüş sursatı hədiyyə edib. Bildirilir ki, hədiyyə ilə yanaşı, silahların ölkələrə aparılması üçün tələb olunan ixrac sənədləri də liderlərə təqdim olunub.

Hədiyyənin görüntüləri jurnalist İbrahim Haskoloğlu tərəfindən paylaşılıb. Fotoda məxmər örtüklü taxta qutunun içərisində parlaq metal gövdəli revolver, patronlar və Türkiyə bayrağı təsvir olunan sənəd yer alır.

Starmer silahı ölkəsinə apara bilməyib

Böyük Britaniyanın The Guardian nəşrinin məlumatına görə, Baş nazir Kir Starmer ölkəsində qüvvədə olan silah qanunvericiliyi səbəbindən ona hədiyyə edilən revolveri Böyük Britaniyaya apara bilməyib. Məlumatda bildirilir ki, silah istifadəyə yararsız vəziyyətə gətirilməsi üçün Ankaradakı Böyük Britaniya səfirliyində saxlanılıb.

NATO Liderlər Zirvəsi çərçivəsində Ərdoğan iştirakçılara daha əvvəl imzalı kitab da hədiyyə etmişdi. Son yayılan görüntülərlə isə liderlərə təqdim olunan xüsusi istehsal revolver ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.