📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni keşiş Bakını HAQLI çıxardı – İrandan səslənən o sarsaq ÇAĞIRIŞ...

2026-07-10 12:24:37

Erməni keşiş Bakını HAQLI çıxardı – İrandan səslənən o sarsaq ÇAĞIRIŞ...

Azərbaycan və erməni xalqlarının barışığı təbii ki, uzun prosesdir. Bu prosesin sonunda böyük sülhə nail olunacaqmı, onu da hələlik əminliklə söyləmək çətindir. Çünki bu məsələdə Azərbaycandan, Azərbaycan xalqından asılı heç nə yoxdur, qalmayıb. Biz gərəkəni eləmişik.

Yəni, top çoxdan erməni tərəfdə. Əfsus ki, nanəcib qonşu 6 ildir öz xeyri ilə şərini ayırd eləməkdə tərəddüd keçirir. Əks halda, onun mühüm bir hissəsi hələ də “miatsum”, “böyük ermənistan” kimi axmaq ideyaların əsiri olmazdı...

Bişəkk, toplumun “xroniki xəstəliklərdən” qurtula bilməməsində xarici təsirlər az rol oynamır. Bu da növbəti fakt. İran Erməni Apostol Kilsəsinin Tehran yeparxiyasının başçısı, arxiyepiskop Sepuh Sərkisyan dünən Qarabağla bağlı çərənləyib.

Azğını açıb gözünü yuman bu yaramaz Azərbaycana qarşı həddi aşan həyasız bir iddia səsləndirib. Ermənistanın dövlət televiziyasına (!!) müsahibəsində Sərksiyan Baş nazir Nikol Paşinyanın Qarabağın Ermənistan ərazisi olmadığını söyləməsinin səhv olduğunu bildirib. “Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Paşinyan Qarabağın erməni torpağı olmadığını deyərkən yanılır”, – keşiş başından böyük qələtə yol verərək sarsaqlayıb. Üstəlik, hakimiyyəti erməni kilsəsinə qarşı siyasət yürütməkdə ittiham edib...

Sərkisyan bu təxribatçı mövqeyində əlbəttə, tək deyil. 7 iyun parlament seçkiləri göstərdi ki, Ermənistanda onun ağlında olanlar cəmiyyətin hardasa 30-35%-ni təşkil edir. Keşişin müsahibəsinin dövlət TV-də yayımlanması da özlüyündə az şey demir. Yəni, əslində, Paşinyan iqtidarının içində də revanşist düşüncədə olanlar az deyil, sadəcə, qınlarına çəkiliblər.

Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddialarının, terrorçuluğun baş ideoloqu və körükləyicisinin isə erməni kilsəsi olduğu çoxdan bəlli. Konkret olaraq, iranlı erməni keşişin sayıqlaması Bakının sülh müqaviləsi ilə bağlı konstitusiya dəyişikliyi tələbinin nə dərəcədə haqlı olduğunu bir daha ortaya qoyur. Eyni zamanda, Nikol Paşinyanın ilyarım öncə ona qarşı sui-qəsdə cəhd edən kilsə ilə amansız mübarizəsinə bəraət qazandırır...

Paşinyan katolikos II Qaregini təhqir etdi və onun tezliklə həbs  olunacağına eyham vurdu - Baki-Xeber.com

Problem həm də ondadır ki, erməni kilsəsi Türkə nifrətdən qaynaqlanan belə avantürist davranışında yalnız deyil. Onun erməni lobbisi və Rusiya timsalında “əlləri” çox yerə çatan imkanlı müttəfiqləri var. İndi də belədir. Kreml rəsmilərinin iki xalq arasında sülhdə maraqlı olmaları haqda verdikləri boş bəyanatlara baxmayın, Moskva konfliktin de-yure də tarixin arxivinə ötürüllməsində, yəni, sülh müqaviləsində yüzdə yüz maraqlı deyil.

Heç təsadüfi deyil ki, Rusiyanın rəhbərliyi, onun bir sıra tanınmış simaları, o sırada deputatları və ekspertləri, teleaparıcıları Paşinyanı Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənədə imza atdığı üçün (oktyabr 2022, Praqa) günü bu gün də ittiham və hətta təhqir edirlər.

Doğru, biz öz ərazi bütövlüyü və suverenliyimizi tam bərpa eləmişik. Amma və lakin Ermənistanla sülh müqaviləsi məlum səbəbdən imzalanmayıb. O səbəbə nəzəri cəhətcə müharibə də yekunlaşmayıb. Təhlükə də elə ondadır ki, az yuxarıda adlarını çəkdiyimiz qüvvələr və mərkəzlər (erməni kiləsi və lobbisi, Rusiya, həmçinin, Qərbdəki bəzi məkrli çevrələr) onun bitməsini yox, bərpasını istəyir. Buna çalışırlar. Niyə?

Ona görə ki, qan-qada, qırğın, körpə göz yaşları, münaqişə şeytanın xislətindədir, onun “çörəyidir”...

Z. SƏFƏROĞLU