📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Erməni sürücülərin “qiyam”ı başladı

2026-06-02 19:47:01

Erməni sürücülərin “qiyam”ı başladı

Rusiyanın Ermənistan məhsullarına qarşı sanksiyalar tətbiq etməsi ermənilər arasında narazılıqlar yaradıb.

Hurriyyet.info-nun məlumatına görə, Ermənistana məxsus yük maşınlatının sürücüləri problemlərinin həllini tələb edərək, aksiya keçiriblər. Telegram kanalının məlumatına görə, onlar Baqrataşen keçid məntəqəsində yolu bağlayıblar.

Sürücülər Yuxarı Larsdan gələn yük maşınlarının geri qaytarıldığını bildiriblər.

Bu, 7 iyun seçkiləri öncəsi Rusiyanın Ermənistanda başlatmaq istədiyi “qiyam”ın ilk nümunəsi sayıla bilər.