📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənilər tərəfindən əsir götürülən hərbçilərimizlə bağlı AÇIQLAMA

2023-05-03 22:36:00

Ermənilər tərəfindən əsir götürülən hərbçilərimizlə bağlı AÇIQLAMA

Azərbaycan əsgərlərinin ölkələrinə ekstradisiyası məhkəməyə qədər olan hazırkı mərhələdə nəzərdə tutulmayıb.

Bu barədə Ermənistanın Baş Prokurorluğunun yaydığı məlumatda qeyd edilib.

Gələcəkdə ekstradisiya olub-olmayacağı sualına gəldikdə isə qurum bu prosesin onların səlahiyyətində olmadığını qeyd edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. \\Ölkə.Az