📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan və Türkiyə MASAYA OTURDU - Mühüm razılıq əldə olundu

2026-05-21 13:46:12

Ermənistan və Türkiyə MASAYA OTURDU - Mühüm razılıq əldə olundu

Ermənistan və Türkiyə Araz və Axuryan çaylarının birgə istismarını müzakirə ediblər.

Hurriyyet.info xəbər verir ki, Ermənistan və Türkiyənin transsərhəd su ehtiyatlarının idarə olunması üzrə daimi komitələrinin “Sərdarapat tənzimləyicisinin istismarı” və “Axuryan su anbarının istismarı” mövzusunda görüşü keçirilib.

Erməni KİV-lərinin yazdığına görə, görüş əvvəlcə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsində, daha sonra isə “Jrar” QSC-nin inzibati binasında baş tutub.

Görüş zamanı tərəflər arasında bir sıra mühüm razılaşmaların əldə olunduğu bildirilib.