📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistana gedən 13 azərbaycanlı kimdir?

2023-11-06 17:03:50

Ermənistana gedən 13 azərbaycanlı kimdir?

2023-cü ilin yanvar-sentyabr aylarında 13 Azərbaycan vətəndaşı Ermənistana səfər edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri rəsmi statistikaya əsasən məlumat yayıb.

İddiaya görə, onlar Ermənistana turist kimi gəliblər və ortalama qalma müddəti 2 gün olub.

Ötən il bu aylarda 5 azərbaycanlının bu ölkəyə səyahət etdiyi bildirilir.

Bundan başqa, qeyd olunur ki, son 9 ayda Türkiyədən Ermənistana 9050 turist səfər edib.

Globalinfo.az