Ermənistanda seçki pozuntuları - 6 nəfər saxlanıldı
2026-06-07 17:13:06
Ermənistan Daxili İşlər Nazirliyi yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı pozuntularla bağlı indiyədək 29 siqnalın daxil olduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, saat 14:00-a olan vəziyyətə əsasən, daxil olan müraciətlər üzrə 6 nəfər saxlanılıb.
Bundan əlavə, seçki prosesində mümkün qanun pozuntuları ilə bağlı daha 121 müraciət hazırda araşdırılmaq üçün emal mərhələsindədir.