📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın Rusiya ilə dövriyyəsi kəskin azalıb - Moskvadan uzaqlaşama davam edir

2026-07-11 20:41:17

Ermənistanın Rusiya ilə dövriyyəsi kəskin azalıb - Moskvadan uzaqlaşama davam edir

Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 2026-cı ilin yanvar-may ayları arasında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,5% azalıb. 

“AzPolitika” xəbər verir ki, Ermənistan Statistika Komitəsinin erməni mediasında dərc edilən məlumatlarında belə deyilir.

Bu ilin ilk beş ayının statistikasına görə, ölkələr arasında ticarət dövriyyəsi 2025-ci ilin yanvar-may aylarındakı 2,763 milyard dollara qarşı 2,196 milyard dollar təşkil edib. Eyni zamanda, Rusiyanın Ermənistanın ümumi ticarət dövriyyəsindəki payı da azalıb: 2026-cı ilin yanvar-may aylarında bu, ümumi ticarət dövriyyəsinin 28%-ni təşkil edib, ötən ilin eyni dövründə isə bu rəqəm 35,1% olub.

Bu fonda Avrasiya İqtisadi Birliyi ölkələri ilə ticarət dövriyyəsinin payı da 2025-ci ilin eyni dövründəki 36,7%-dən 2026-cı ildə 29,8%-ə düşüb.

Statistika Komitəsinin məlumatına görə, Ermənistanın ümumi ticarət dövriyyəsi 7,865 milyard dollar təşkil edib ki, bu da 2025-ci ildəki 7,870 milyard dollarlıq rəqəmdən 0,1% azdır.