📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 21,5% azalıb

2026-07-11 18:11:02

Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 21,5% azalıb

Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 2026-cı ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, yanvar-may aylarında iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 2,196 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 2,763 milyard dollar olub.

Hesabata əsasən, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Ermənistanın xarici ticarətində payı da azalıb. Belə ki, bu göstərici 36,7 faizdən 29,8 faizə düşüb.

Bununla yanaşı, Ermənistanın Aİİ-yə üzv digər ölkələrlə ticarət dövriyyəsində artım qeydə alınıb. Belarusla ticarət 8,3 faiz, Qazaxıstanla 10 faiz, Qırğızıstanla isə təxminən 195 faiz artıb.